Azərbaycan Belçikaya da məğlub oldu
27 sentyabr 2015 21:00
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa Çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, B qrupunda mübarizə aparan komandamız bu gün meydan sahibi Belçika ilə qarşılaşıb.
İkinci tur çərçivəsində baş tutan görüşdə sevinən tərəf rəqib olub. Voleybolçularımız dünən Türkiyə oyunda olduğu kimi, yenə meydandan quru hesablı məğlubiyyətlə ayrılıblar - 0:3 (17:25, 20:25, 25:27).