Rabitə ÇL-in üçüncüsü oldu
16 mart 2014 21:10
Bu gün Bakıdakı "Crystal Hall"da voleybol üzrə Çempionlar Liqasının Dördlər Finalının həlledici oyunları keçirilib. Azerisport.az xəbər verir ki, öncə 3-cü yer uğrunda görüş keçirilib.
Azərbaycan çempionu "Rabitə" Türkiyənin "Əczaçıbaşı" klubu ilə qarşılaşıb. Təmsilçimiz daha üstün oyun nümayiş etdirərək qələbəyə sevinib və ÇL-in bürünc medallarını qazanıb.
Həlledici görüşdə isə yarımfinalda məhz "Rabitə"ni məğlub edən Kazan "Dinamo"su Türkiyənin digər təmsilçisi "Vakıfbank"a qalib gəlib və qızıl medallara sahib çıxıb.
3-cü yer uğrunda oyun
Rabitə - Əczaçıbaşı - 3:0 (25:21, 25:12, 27:25)
Final
Dinamo (Kazan) - Vakıfbank - 3:0 (25:23, 25:11, 25:23)