Azeryol CEV Kubokunun yarımfinalında
11 fevral 2014 19:33
Bu gün “Azeryol” CEV Kubokunun çellenc raundu çərçivəsində cavab oyununda Polşanın “Fakro” komandasının qəbul edib. Azerisport.az xəbər verir ki, ilk oyun gərgin mübarizə şəraitində Polşa komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Cavab qarşılaşmasında təmsilçimiz rəqibinə heç bir şans verməyib. 3:0 hesabı ilə qələbə qazanmış komandamız yarımfinala adlayıb.
CEV Kubokunun çellenc raundu, cavab oyunu:
“Azəryol” - “Fakro” (Polşa) 3:0 (25:21, 25:10, 25:19), ilk oyun: 2:3