İqtisadçı bu dəfə də Vakıfbanka yenildi
22 yanvar 2014 23:55
Bu gün İstanbulun “Burxan Felek” voleybol kompleksində ÇL-in 12-lər raundu çərçivəsində “İqtisadçı” Türkiyənin “Vakıfbank” komandası ilə üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, titulun hazırkı sahibi bu dəfə də qələbə qazanaraq sevinən tərəf olub.
İlk görüşdə 0:3 hesabı ilə məğlub olmuş “İqtisadçı” cavab görüşündə möcüzə göstərə bilməyib.
ÇL-in 12-lər raundu, cavab oyunu:
“Vakıfbank” (Türkiyə) - “İqtisadçı” 3:0 (25:13, 25:12, 25:20), ilk oyun 3:0