İqtisadçı ÇL-in qalibini qəbul edəcək
16 yanvar 2014 00:22
Bu gün 18:00-da Bakıda Voleybol mərkəzində ÇL-in 12-lər raundu çərçivəsində “İqtisadçı” Türkiyənin “Vakıfbank” komandası ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, titulun hazırkı sahibi Bakıya qələbə iddiası ilə gəlib.
Türkiyə komandasının heyətində hücum xəttinin lideri zədəli Yovana Brakoçeviç oynamayacaq.
Cavab görüşü yanvarın 22-i Bakı vaxtı ilə 22:30-da İstanbulun “Burxan Felek” voleybol kompleksində keçiriləcək.