İqtisadçı Vakıfbanka yenildi
16 yanvar 2014 19:40
Bu gün 18:00-da Bakıda Voleybol mərkəzində ÇL-in 12-lər raundu çərçivəsində “İqtisadçı” Türkiyənin “Vakıfbank” komandası ilə üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, titulun hazırkı sahibi Bakıya qələbə iddiası ilə gəlmişdi.
Türkiyə komandasının heyətində hücum xəttinin lideri zədəli Yovana Brakoçeviç oynamayıb. Buna rəğmən, qonaqlar partiyaların gedişində komandamızın müqaviməti ilə üzləşsə də, oyunu mütləq surətdə öz xeyrinə başa vurub.
Cavab görüşü yanvarın 22-i Bakı vaxtı ilə 22:30-da İstanbulun “Burxan Felek” voleybol kompleksində keçiriləcək.
ÇL-in 12-lər raundu, ilk oyun:
“İqtisadçı” - “Vakıfbank” (Türkiyə) 0:3 (22:25, 20:25, 20:25)