Lokomotiv CEV Kubokunun qalibinə məğlub oldu
14 yanvar 2014 23:55
Bu gün “Lokomotiv” CEV Kubokunun dörddəbir finalı çərçivəsində səfərdə Polşanın “Fakro” komandasına qarşı ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, kubokun hazırkı sahibinə qarşı oyun “dəmiryolçular” üçün heç də asan keçməyib.
İlk partiyada meydan sahibləri oyuna nəzarəti ələ alaraq 25:15 hesabı ilə qalib gəlib. İkinci hissə gərgin mübarizə ilə yadda qalıb və polşalılar 25:23 hesablı qələbəyə seviniblər. Üçüncü partiya həlledici olub. Oyunu tay-brekə daşıyan şərqi avropalılar 26:24 hesabı ilə qalib gələrək oyunu 3:0 qazanıblar.
CEV Kubokunu ilk dörddəbir final görüşü:
“Fakro” (Polşa) - Lokomotiv (Azərbaycan) 3:0 (25:15, 25:23, 26:24)