Rabitə iki kubalı voleybolçunu sıralarına qatdı
14 yanvar 2014 11:13
“Rabitə” voleybol üzrə Kuba yığmasının iki üzvünü heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bloklayıcı Rozanna Ramos və hücumçu İoana Mendosa komandamızın formasını daşıyacaq.
Qeyd edək ki, “rabitəçilər” ÇL-in Dördlər Finalında iştirak ərəfəsində heyəti gücləndirməyə davam edəcəklər.