Faiq Qarayev: Həşimovu unutmayacağıq
14 yanvar 2014 17:22
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev bu gün şahmatçımız Vüqar Həşimovla vida mərasimində iştirak edib. Qarayev azerisport.az saytına açıqlamasında bunları deyib:
"Vüqar Həşimov böyük idmançıdır. Onun dünyasını dəyişməsi bütün şahmat aləmi, Azərbaycan idmanı üçün böyük itkidir. Gənc yaşlarında vəfat etməsi hamımıza pis təsir etdi. Ancaq biz onu unutmayacağıq. Azərbaycan Voleybol federasiyasının qərarına əsasən ölkə çempionatında oyunlar bir dəqiqəlik sükutla başlayacaq".