Natalya Məmmədova məhsuldarlıqda altıncıdır
13 yanvar 2014 13:22
Qadınlardan ibarət Azərbaycan yığmasının və Rusiyanın “Omiçka” komandasının voleybolçusu Natalya Məmmədova Rusiya çempionatında məhsuldarlığa görə altıncıdır. Azerisport.az xəbər verir ki, birinci dövrənin yekun statistikasına görə, Məmmədova hər partiyada orta hesabla 5,06 xal toplayır.
Natalya bu göstəricidə öz komanda yoldaşı, beşinci pillədə qərarlaşmış kubalı Nensi Karrilyodan (5,14 xal) geri qalır.
Çempionatın ən məhsuldar oyunçusu isə Kazan “Dinamo”sunun voleybolçusu Yekaterina Qamovadır (6,17 xal).