Azerreyl - Uraloçka bir dəqiqəlik sükutla başlayacaq
12 yanvar 2014 00:55
Yanvarın 15-i Dərnəgüldə, Voleybol mərkəzində “Azerreyl” və Rusiyanın “Uraloçka” komandaları arasında Avropa voleybol konfederasiyası Kubokunun birinci dörddəbir final görüşü bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bu sükut, dünən uzun sürən ağır xəstəlikdən sonra vaxtsız vəfat etmiş şahmatçımız, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr ediləcək.
Digər voleybol klubumuz “Azeryol” da Həşimovlar ailəsinə dərin hüznlə başsağlığı verir.