Məmmədovanın komandası Uraloçkaya yenildi
9 yanvar 2014 11:22
Heyətində qadınlardan ibarət yığmamızın voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi “Omiçka” Rusiya çempionatının 10-cu turu çərçivəsində keçirilmiş görüşdə öz meydanında “Uraloçka”ya 1:3 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, məğlubiyyət komandanın yarış cədvəlindəki mövqeyinə təsir etməyib və Omsk təmsilçisi ikinci pillədəki yerini qoruyub.