İqtisadçı ÇL-in qalibinə qarşı oynayacaq
9 yanvar 2014 15:44
“İqtisadçı”nın Türkiyənin “Vakıfbank” komandasına qarşı ÇL-in 12-lər raundu çərçivəsində keçirəcəyi görüşlərin vaxtı məlum olub. Azerisport.az xəbər verir ki, ilk oyun yanvarın 16-da Bakıda Voleybol mərkəzində 18:00-da baş tutacaq.
Cavab görüşü yanvarın 22-i Bakı vaxtı ilə 22:30-da İstanbulun “Burxan Felek” voleybol kompleksində keçiriləcək.
Xatırladaq ki, ÇL-in hazırkı qalibi “Vakıfbank” üzərində qələbə təqdirində Bülənt Karslıoğlunun yetirmələri “Kann” (Fransa) - “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.