Natalya Məmmədova Azərbaycan yığmasında ən məhsuldar oyunçudur
8 yanvar 2014 15:00
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının hücumçusu Natalya Məmmədova DÇ-nin seçmə mərhələsi çərçivəsində komandanın ən məhsuldar oyunçusudur. Azerisport.az xəbər verir ki, Məmmədova üç oyunda 55 xal toplayıb (hər oyunda orta hesabla 4,58 xal).
Ən yaxşı bloklayıcı Anastasiya Qurbanova (11), ən yaxşı top ötürməsi verən Natalya Məmmədova (8 eys), ən yaxşı bağlayıcı Oksana Parxomenko (47,37%), ən yaxşı qəbuledici isə Oksana Kiseleva (38,10%) olub.