Voleybolçu qadınlarımız Bolqarıstan, Yunanıstan və Portuqaliyanı qonaq edəcək
8 yanvar 2014 13:22
Azərbaycan voleybol üzrə qadın komandaları arasında Avropa çempionatının təsnifat mərhələsinin ikinci hissəsinin “D” qrupu görüşlərinin təşkilatçısı olacaq. Azerisport.az xəbər verir ki, komandamızın rəqibləri Bolqarıstan, Yunanıstan və Portuqaliya yığmaları olacaq.
Yarışı ikinci hissəsinin görüşləri 30, 31 may və 1 iyunda baş tutacaq. 22, 23, 24 mayda isə komandalar Bolqarıstanda oynayacaq.
AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq üçün, komandamız qrup birinci olmalıdır. Qrup ikincisi isə “F” qrupunun ikincisi ilə pley-off oyununda qüvvəsini sınayacaq. “F” qrupunun dörd iştirakçısından üçü məlumdur: Avstriya, Rumıniya və Slovakiya.