Superliqa yanvarın 10-da bərpa olunacaq
7 yanvar 2014 00:07
Voleybol üzrə qadın komandaları arasında Azərbaycan Superliqasının oyunları yanvarın 10-da yenilənəcək. Azerisport.az xəbər verir ki, həmin gün Azərbaycan voleybol mərkəzində altıncı turun təxirə salınmış görüşü baş tutacaq: “Lokomotiv” və “İqtisadçı” münasibətlərə aydınlıq gətirəcək.
Həmçinin, beşinci turun təxirə salınmış “Azerreyl” - “Rabitə” qarşılaşması da həmin gün baş tutacaq.