Avropa voleybol konfederasiyası: Azərbaycan günün sensasiyasına imza atdı
6 yanvar 2014 12:55
Qadınlar arasında voleybol üzrə dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Azərbaycan millisinin Serbiya yığması üzərində 3:2 hesablı qələbəsinə Avropa voleybol konfederasiyasının rəsmi saytının icmal məqaləsində “günün əsas sensasiyası” adı verilib. Azerisport.az xəbər verir ki, hazırkı Avropa çempionlarını məğlub etmiş Faiq Qarayevin yetirmələri İtaliyada keçiriləcək mundiala vəsiqəni təmin ediblər.