Azərbaycan İsrailə qalib gəldi
3 yanvar 2014 21:00
Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldııcğı J qrupunun oyunları Bakıda keçirilir.
Voleybol Mərkəzinin meydançasına öncə Serbiya və Estoniya milliləri çıxıb. Serblər bu görüşdə 3:0 hesablı qələbə qazanıblar.
Millimiz isə ilk oyununu İsrailə qarşı keçirib. 3:1 hesablı qələbəyə sevinən komandamız iddiasını ortaya qoyub - (25:15, 25:21, 19:25, 25:15).
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.