Faiq Qarayev: Azərbaycan yığmasını Natalya Məmmədovasız təsəvvür etmək mümkün deyil
26 dekabr 2013 14:00
Voleybol üzrə qadınlardan ibarət voleybol yığmamız 2014-cü il yanvarın 3-5-i aralığında Bakıda keçiriləcək DÇ-nin təsnifat mərhələsinə hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, millinin baş məşqçisi Faiq Qarayev komandanın yeni ildə uğurlu çıxış istəyindən danışıb:
“Yığma tam gücü ilə hazırlaşır və məsuliyyəti dərk edir. Doğma divarlar arxasında oynamağımız məqsədə çatmağa kömək etməlidir. Hazırda komandamıza hazırlıq oyunları gərəkdir. Komandada nəsildəyişmə prosesi gedir və ehtiyat tədricən yetişir. Hazırkı heyət gəncliklə təcrübənin vəhdətidir. Yığmanın kapitanı Oksana Parxomenkoya baxın. Onun təcrübəsi böyükdür. Natalya Məmmədovanın adı isə millinin psixoloji səfərbərliyinin əsasıdır. Azərbaycan yığmasını Natalya Məmmədovasız təsəvvür etmək mümkün deyil. Təsnifatda oyunlar gərgin keçəcək. Hər şeyi oyun göstərəcək. Qarşıdakı illərdə bizi qitə və dünya miqyaslı mötəbər yarışlar gözləyir. İnanıram ki, uğurla çıxış edib reytinqdə mövqeyimizi yaxşılaşdıra biləcəyik”.