Azərbaycan yığması Uraloçkanı məğlub etdi
25 dekabr 2013 20:33
Bu gün voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığması Voleybol mərkəzində Yekaterinburq “Uraloçka”sına qarşı yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, görüş 3:2 hesabı ilə yığmamızın xeyrinə nəticələnib.
Xatırladaq ki, bu görüş, yığma komandamızın 2014-cü il yanvarın 3-5-i aralığında DÇ-nin Bakıda keçiriləcək təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.