Azərbaycan İtaliyaya qalib gəlib, İspaniyaya uduzdu
12 iyul 2016 00:15
Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın oğlanlardan ibarət komandası 1/4 finalda İtaliya üzərində 3:2 hesablı qələbəyə sevinib.
Qızlarımız isə İspaniyaya 2:3 hesabıyla uduzublar.