Baku Cup-2012-də ilk günün qalibləri müəyyənləşdi
24 iyul 2012 02:05
İyulun 23-də Bakı Tennis Akademiyasında keçirilən “Baku Cup-2012” Beynəlxalq turnirinin ilk gününə yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci kortda serbiyalı Bojana Covanovski – Aleksandra Kruniç cütlüyü Culia Cohen (ABŞ) – Saşa Cones (Avstriya) dueti ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Culia Cohen – Saşa Cones cütlüyü 2:1 hesabı ilə qalib gəlib.
Mərkəzi kortda isə Rusiya tennisçisi Valeria Soloviyeva ukraynalı Olqa Savçuk ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən V.Solovyeva növbəti mərhələyə vəsiqə qazanıb.
İyulun 28-dək davam edəcək turnirin mükafat fondu 220 min ABŞ dollarıdı.