Azərbaycan AÇ-də üçüncü oldu
12 iyul 2016 20:00
Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Xorvatiyada keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyində üçüncü yeri tutub. Azerisport.az xəbər verir ki, yarımfinalda Rusiya millisinə məğlub olan tennisçilərimiz bürünc medala sahib olublar.
Yeniyetmə qızlarımız Çex Respublikasının yığma komandasına və Fransa millisinə qalib gələrək 9-cu yeri qazanıblar.
Xorvatiya və Fransa millilərini məğlub edən gənc qızlarımız isə 5-ci yeri tutublar.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə olunub.
Gənclər arasında Avropa birinciliyi iyulun 17-dək davam edəcək. Qarşıda yeniyetmə və gəncləri şəxsi, qoşa və qarışıq qoşa dərəcələrdə medallar uğrunda mübarizə gözləyir.