Baku Cup 2012 turniri başa çatdı (FOTO)
28 iyul 2012 17:54
Bu gün Azərbaycanda keçirilən tennis üzrə “Baku Cup 2012” beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Mərkəzi Kortda təklərin matçından sonra cütlərdə də qalibin adına aydınlıq gəldi.
Həlledici matçda İrina Buryaçok (Ukrayna) / Valeriya Solovyeva (Rusiya) cütlüyü Eva Birnerova (Çexiya) / Alberta Briyanti (İtaliya) cütlüyünü 2-0 (6:3, 6:2) hesabı ilə məğlub etdi.
Bununla da karyeraları ərzində ilk dəfə çempionluq qazanan Buryaçok/Solovyeva cütlüyü 280 reytinq xalı ilə yanaşı 11 000 dollar da pul mükafatı əldə etdilər.
Finalda məğlub olan Birnerova/Briyanti cütlüyü isə 200 reytinq xalı ilə birlikdə 5750 dollar pul mükafatı əldə etdilər.