Daha çox çılpaq şəkilləri ilə məşhur olan tennisçi Uimbldonda qalib gəlmək istəyir (FOTO)
6 iyun 2010 19:30
Oyunundan çox çəkdirdiyi çılpaq fotoşəkilləri və kortda çıxardığı səs-küylə daha məşhur olan rus tennisçi Mariya Şarapova Uimbldon turnirini qazanmaq niyyətindədir. O, 2004-cü ildə Londonda təşkil olunan bu “Böyük Dəbilqə” yarışında bir dəfə qalib olmuşdu. 23 yaşlı məşhur tennisçi ilin ot örtüklü kortlarında keçirilən ən vacib turnirə sabah Birmingemdə start götürəcək Aegon Classic-də iştirak etməklə hazırlaşacaq.
azerisport.az xəbər verir ki, Şarapova deyib: “Mən turnirə o fikirlə gedəcəyəm ki, qalib gəlmək şansım var. Ot örtüyü həqiqətən də çox xoşuma gəlir”.