ABU ilk görüşdə qalib gəldi
15 noyabr 2013 21:05
Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kubokunun 1/16 final mərhələsi çərçivəsində bu gün ilk matçına çıxıb. Azerisport.az saytı xəbər verir ki, “sarı-qırmızılar” doğma divarlar arasında Yunanıstanın “Meqas Aleksandros” (Böyük İsgəndər) kollektivini qəbul edib.
Üstün oyun nümayiş etdirən Bakı təmsilçisi rəqibini böyük fərqlə üstələyib - 32:21 (18:7). ABU komandasından Ən çoz fərqlənə həndbolçu İnarə Yusubova olub - 11 top.
Sabah cavab matçı da paytaxtda keçiriləcək.