Azərbaycan təmsilçisi Polşa klubuna rəqib oldu
21 noyabr 2012 01:17
Noyabrın 20-də qadın həndbolçular arasında Çellenc Kuboku yarışlarının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirində Bakının ABU klubunun da rəqibi müəyyənləşib.
Püşkatmanın nəticəsinə əsasən, Bakı kollektivi Polşanın “Politexnika” komandası ilə qarşılaşacaq. İlk görüş Bakıda, cavab matçı isə səfərdə oynanılacaq.
Xatırladaq ki, Azərbaycan çempionu ABU III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” klubuna hər 2 görüşdə qalib gəlmişdi. Rəqibimiz isə Ukraynanın “Dnepryanka” komandasından güclü olmuşdu.