Konstantin Ruvinski: ABU bacardıqca irəliləyəcək
16 noyabr 2013 21:01
“Yaxşı oyun oldu. Qızlarımız fəallıq göstərdilər. Hər 2 matçda qalib gəldiyimizə üçün, çox şadam”. Bunu azerisport.az saytına açıqlamasında ABU-nun baş məşqçisi Konstantin Ruvinski deyib.
Mütəxəssisin sözünə görə, yaxın günlərdə “sarı-qırmızılar”ın növbəti rəqibi bəlli olacaq:
“Bu yarışa hazırlığımız pis keçmədi. Yoxlama görüşündə “Əskişəhərspor”a qalib gəldik. Püşkatmadan sonra 1/8 finaldakı rəqibimizi biləcəyik. Çalışacağıq ki, bacardıqca çox irəliləyək”.