ABU-nun hücumçusu: Rəqibi hec tanımırıq
12 noyabr 2013 15:36
Qadın həndbolçulardan ibarət ABU klubu Çellenc kuboku çərçivəsində 15-16 noyabrda paytaxtda oyuna çıxacaq. Azerisport.az saytı xəbər verir ki, “sarı-qırmızılar” 1/16 finalda Yunanıstanın “Meqas Aleksandros” (Böyük İsgəndər) kollektivini qəbul edəcək.
Ölkə çempionumuzun aparıcı həndbolçusu Marta Abbasova, əməkdaşımızla söhbətdə, ABU-nun məqsədinin ilk mərhələni adlamaq olduğunu deyib. Millimizin hücumçusu bildirib ki, doğma divarlar qələbədə mühüm rol oynaya bilər:
“Bu görüşə yaxşı hazırlaşırıq. Hamımız qalib gəlməyə köklənmişik. Baxmayaraq ki, rəqib haqqında heç nə bilmirik. Demək olar, Yunanıstan komandasının oyunundan heç yerdə video-görüntü yoxdu”.