ABU beynəlxalq turnirdə
18 oktyabr 2013 11:45
Bu gün Rusiyanın Nevinomısk şəhərində qadın həndbolçular arasında beynəlxalq turnir start götürəcək. Azerisport.az saytı xəbər verir ki, 3 günlük mubarizədə Bakının ABU klubu da iştirak edəcək.
Qızlarımızın rəqibləri Stavropol, Həştərxan və Maykop şəhərinin komandaları olacaq. Millimizin bazasını təşkil edən ABU-nun bu rəqabətə qatılmasına səbəb, gələn ayın 15-16-da avrokubok çərçivəsində paytaxtda Yunanıstan kollektivi ilə matça hazırlıqdı.