Azərbaycan Portuqaliyadan məğlub qayıdır
29 noyabr 2012 16:14
Azərbaycanın qadınlardan ibarət həndbol yığması AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Hollandiya olub.
Təəssüf ki, Azərbaycan yığması bu dəfə də meydanı başıaşağı tərk edib. Torre-de-Marinyada baş tutan qarşılaşma meydan sahiblərinin 31:26 hesablı qələbəsi ilə başa çatıb.
Maraq üçün xatırladaq ki, yığmamız Portuqaliyaya ev matçında da 27:23 hesabıyla qalib gəlmişdi.
Beləcə, Azərbaycan millisi qrupda sonuncu pilləni tutub.
Yığmamızın yer aldığı 4-cü qrupda son durum:
1. Türkiyə
|
3
|
2
|
0
|
1
|
101-83
|
18
|
4
|
2. Portuqaliya
|
3
|
2
|
0
|
1
|
92:89
|
3
|
4
|
3. Azərbaycan
|
4
|
1
|
0
|
3
|
98:119
|
-21
|
2
|