Olimpiadanın bürünc medalları sahibini tanıdı
11 avqust 2012 01:48
London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda Cənubi Koreya və Yaponiya milliləri qarşılaşıb.
Yarımfinalda Braziliya və Meksika millilərinə uduzan komandaların oyunu Kardiffdəki “Millennium” stadionunda baş tutub. Cənubi Asiya təmsilçilərinin oyununda koreylalılar qələbəyə seviniblər. “Arsenal”ın üzvü Park Çu-Yonq və “Wolfsburq”dan Koo Ja-Çolun vurduğu qollar Cənubi Koreyaya olimpiadanın bürünc medallarını qazandırıb.
Qeyd edək ki, final oyunu bu gün Braziliya ilə Meksika arasında keçiriləcək. Londondakı “Uembli” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.