Olimpiadanın finalçıları bəlli oldu
7 avqust 2012 03:15
London Yay Olimpiadasında qadın futbolçular arasında keçirilən turnirin yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.
Finala vəsiqə uğrunda Fransa yığması Yaponiya ilə qarşılaşıb. Yaponlar minimal fərqlə rəqibini üstələyərək, Olimpiadanın finalına vəsiqə qazanıblar.
Digər yarımfinal oyunu isə daha gərgin alınıb. Belə ki, Kanada və Amerika yığmalarının duelində qapılara 7 qol vurulub. Əsas vaxtda qalib müəyyənləşməyib - 3:3. Əlavə vaxtda bir qol vurmağı bacaran ABŞ finala vəsiqə qazanan tərəf olub.
London-2012
Qadın futbolu (Yarımfinal)
6 avqust
Fransa - Yaponiya - 1:2
Kanada - ABŞ - 3:4
Beləliklə, avqustun 9-da keçiriləcək final oyununda ABŞ və Yaponiya yığmaları üz-üzə gələcək. Kanada və Fransa milliləri isə bürünc medalların sahibini müəyyənləşdirəcək.