Braziliya yığması London Olimpiadasından kənarlaşdırıldı
4 avqust 2012 12:38
London Yay Olimpiya Oyunlarında qadın futbolçular arasında çempionatın 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə gözlənilməz nəticə qeydə alınıb.
Belə ki, qrupda keçirdiyi bütün oyunlarda qələbə qazanan və turnirin əsas favoriti hesab olunan Braziliya yığması məğlub olub. Yaponiya braziliyalıları iki cavabsız topla yenərək, Londonu tərk etməyə məcbur edib.
Kanada eyni hesabla ev sahibi Bööyük Brinatiyanı, ABŞ Yeni Zelandiyanı məğlub edib. Fransa isə hesabda geri düşdüyü oyunda İsveçi məğlub edib.
London-2012
Qadın futbolu
1/4 final
3 avqust
İsveç – Fransa - 1:2
ABŞ – Yeni Zelandiya - 2:0
Braziliya – Yaponiya - 0:2
Böyük Britaniya – Kanada - 0:2
Beləliklə, Olimpiadanın yarımfinalında aşağıdakı cütlüklər qarşılaşacaq:
6 avqust
6 avqust
Fransa - Yaponiya
Kanada - ABŞ