London Yay Olimpiadasının ən gənc medalçısı müəyyənləşdi
1 avqust 2012 18:48
XXX London Yay Olimpiya Oyunlarının ən gənc medalçısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Litvanı təmsil edən 15 yaşlı üzgüçü Ruta Milutit 100 metr məsafəyə brass yarışlarında qızıl medal qazanıb.
Növbəti yerləri isə Rebekka Soni (ABŞ) və Satomi Suzuki (Yaponiya) tutublar.