Olimpiadanın finalında ABŞ güldü
10 avqust 2012 03:10
London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, final oyununda ABŞ və Yaponiya yığmaları qarşılaşıb.
Londondakı “Uembli” stadionunda baş tutan matçda ABŞ qələbə qazanıb. Amerika təmsilçisinin hər iki qoluna Karli Lloyd imza atıb. Yaponiyanın heyətində isə Yuki Naqasato fərqlənib.
Qeyd edək ki, bu ABŞ yığmasının tarixində 4-cü, ardıcıl isə 3-cü olimpiya çempionluğudu. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən Olimpiadanın qalib olan amerikalılar Afina-2004 və Pekin-2008-də də “qızıl”ı heç kimə güzəştə getməmişdilər.
Üçüncü yer uğrunda oyunda isə Kanada və Fransa yığmaları qarşılaşıblar. Bu görüşün taleyini isə bir qol həll edib. Kanadanın vurduğu yeganə qol bürünc mükafat üçün yetərli olub.
London-2012
Qadın futbolu
9 avqust
Final
ABŞ - Yaponiya - 2:1
Üçüncü yer uğrunda görüş
Kanada - Fransa - 1:0