Felpsdən 20-ci Olimpiya medalı
3 avqust 2012 14:53
London Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə kişilər arasında 200 metrəyə yarışda yenə Mixael Felps birinci olub. Azerisport.az xəbər verir ki, amerikalı 1:54.27-lik dərəcə ilə qızıl medala sahib çıxıb.
Bununla da Felps 16-cı olimpiya qızılını və 20-ci olimpiya medalını qazanıb. O, həm də eyni növdə 3 yarışı qazanan ilk üzgüçü olub. Felps Afina-2004 və Pekin-2008-də də 200 metrəyə fərdi yarışlarda birinci olmuşdu.