Fotoreportaj|Video|На русском

Futbol

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

9 fevral 2018 11:10
Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Antalyadakı təlim-məşq toplanışından sonra komandanızın durumu istənilən səviyyədədirmi?
Qane edən futbolçuların istəkli olmasıdır. Çempionatın ikinci yarısına pis hazırlaşmadılar. Amma təlim-məşq toplanışında hər şey istədiyimiz kimi olmur. Çatışmazlıqlar olur və bu normal haldır. Proqramımız üzrə çalışdıq və düşündüklərimizin hamısını olmasa da, müəyyən qədərini etdik. 
Təlim-məşq toplanışından sonra adətən klublar öz oyununu tam göstərə bilmir. Çempionatın ikinci yarısında açılış matçında da birinciliyi iki iddialı komandaQarabağ” və “Qəbələ” üzzə gələcək. Fasilədən sonra ilk matç olduğunu nəzərə alsaq, komandaların ifasında nə qədər maraqlı oyun görə bilərik?
Düz qeyd etdiniz ki, toplanışdan sonra adətən komandalar tam öz oyunundan uzaq olur. Hardasa 3-4 turdan sonra komanda oyununu tapır. Həqiqətən iki lider komanda üz-üzə gələcək. Bizim aramızda həmişə maraqlı, gərgin oyun keçib və bu dəfə də eynisinin olacağına ümid edirəm. 
Bu matçı mövsümün oyunu adlandırmaq olar? Çünki aradakı xal fərqi bir az da çoxalsa, böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gələcək...
Ümumiyyətlə, “Qarabağ” və “Qəbələ” arasında hər zaman maraqlı oyun olur. Bu bütün matçlar üçün keçərlidir. Yəni təkcə qarşıdan gələn oyuna aid deyil. Amma bu oyunla çempionluq bitir və ya yenidən başlayır kimi fikrim yoxdur. 3 xallıq sistemdə hər şey ola bilər. Hər bir məğlubiyyət digər rəqibə üstünlük verir. Biz həmişə çalışmışıq ki, komanda düzgün futbol oynasın. Məğlub da ola bilərik. Lakin öz futbolumuzu meydanda göstərməliyik. Nəticəyə gəlincə, qarşıda çox oyunlar var. “Qəbələ” ilə oyunda 3 xal çox vacibdir. Amma bu matça uduzsaq, belə olar, udsaq, başqa cür deyə yanaşmayacağıq. “Qəbələ” güclü və iddialı komandadır. Onlara hər zaman hörmət etmişik. Komandamı da həmişə onlara qarşı yaxşı kökləməyə çalışmışam.
Fasilə zamanı komandadan Dino Ndlovu və Tarik Elyunussi kimi futbolçular getsə də, yerlərinə transfer olmadı. Siz isə həmişə deyirsiniz ki, əlimin altında nə qədər çox oyunçu olsa, o qədər yaxşıdır...
Onların getməyinin də, yeni futbolçu götürməməyiniz də səbəbləri var. Əgər transfer etmədiksə, bu o demək deyil ki, axtarışda deyilik. Axtarırıq və çox futbolçu ilə maraqlanmışıq. Danışıqlar da aparmışıq. Lakin əldə edə bildiyimiz, razılaşdığımız oyunçular yoxdur. Bəzən klubla, bəzən futbolçunun özü ilə problemlər yaşanıb. Digər tərəfdən komandada oyunçuların sayı da az deyil. 20-yə yaxın futbolçumuz var. Həm də çempionatın ikinci yarısında cəmi 14 oyunumuz olacaq. Matçların sayı azdır. Bu səbəbdən də elə də narahatçılıq keçirmirəm. Təkcə narahat olduğum məsələ odur ki, zədəli oyunçularımız var və onlar ilk oyuna tam hazır olmayacaqlar. 
Nldovunun gedişindən sonra Mahir Mədətovla Ramil Şeydayev onu əvəz edə biləcək?
Bu indi belə deyil. Ndlovu burda olarkən də Ramil, Mahir və ya digər oyunçular onun mövqeyində oynayıblar. Komandada istək, hər şey qarşılıqlı olsa, daha keyfiyyətli iş çıxır ortaya. Əlimizdə olan futbolçularla boşluğu doldurmağa çalışacağıq. İndiyə qədər futbolçularımız tələblərimizi yerinə yetirməyə çalışıblar. 
Zimbabveli hücumçu Xama Billiat haqqında danışsanız da, bu məsələ Cənubi Afrika Respublikasında hər günün müzakirə mövzusudur. Onunla hər hansı danışıq olubmu?
Bu futbolçu gündəmimizdə olub. Dəfərlərlə qeyd eləmişəm ki, hər “transfer pəncərəsi” zamanı 10-15 futbolçu ilə maraqlanırıq. Bəzən danışıqlar aparırıq, bəzən klubu ilə məsələyə aydınlıq gətiririk. 
Klubu həqiqətən Billiat üçün 2,5 milyon avro istəyib?
Məbləği şişirdiblər. Düzdür, onun klubu bizdən transfer pulu istəmişdi. Amma 2,5 milyon avro deyil. Hər bir halda danışıqlar oldu, maraqlandıq və məsələ açıq olaraq qalır.  Bu gün üçün tam gündəmdə deyil. 
Amma Billatı “Qarabağ”da görə bilərik?
50/50-yədir. Olma ehtimalı da var idi, olmama ehtimalı da var. 
Riçard Almeydanın “Bursaspor”a transferi gündəmdə idi. Türkiyə klubu onu istədiyini, lakin “Qarabağ”ın buna icazə vermədiyini bildirmişdi...
Kluba hər hansı rəsmi təklif gəlsəydi, mənim xəbərim olardı. Bu məsələdə elə də ciddi müzakirələr və ya danışıqlar olmadı.  
Qafqazinfo

Другие новости этого раздела

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim22 martAFFA-nın XXV növbəti Konfransı keçirilib07 mart Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim01 fevralİradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim12 yanvarReytinq cədvəli açıqlanıb12 yanvarQarabağa yeni futbolçu qoşuldu10 yanvarİqnasio Herrera komandaya qoşuldu10 yanvarAzərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı10 yanvarİbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu10 yanvarTəbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür10 yanvarYığmamız özünə iki rəqib tapdı09 yanvarElxan Abdullayev: Komanda yaxşı təsir bağışladı09 yanvarElşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır09 yanvarŞtutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında09 yanvarDilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq09 yanvar
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop