Böyük Britaniya şokda, Braziliyadan çətin zəfər
5 avqust 2012 02:44
London Yay Olimpiya Oyunlarında kişi futbolçular arasında çempionatın 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə gözlənilməz nəticə qeydə alınıb.
Belə ki, Olimpiadaya ev sahibliyi edən, turnirin əsas favoriti hesab olunan Britaniya yığması məğlubiyyətlə üzləşib. Cənubi koreyalılar bu rəqibini penaltilərlə devirərək, mərhələ adlayan tərəf olublar.
Meksika – Seneqal matçında da hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək mümkün olmayıb. Amma əlavə vaxtda daha iki qol vuran meksikalılar yarımfinala çıxıblar.
Braziliya yığması Hondurasla oyunda çətin qələbəyə sevinib. Yaponiya isə darmadağına sevinib.
London-2012
Futbol, 1/4 final
4 avqust
Yaponiya – Misir – 3:0
Meksika – Seneqal – 4:2
Braziliya – Honduras – 3:2
Böyük Britaniya – Cənubi Koreya – 1:1 (penaltilərlə 4:5)
Beləliklə, Olimpiadanın yarımfinalında aşağıdakı cütlüklər qarşılaşacaq:
7 avqust
7 avqust
Meksika – Yaponiya
Cənubi Koreya - Braziliya