Fotoreportaj|Video|На русском

Redaksiya siyasəti

Azerisport.com saytı redaksiya siyasəti və peşə etikası qaydalarında aşağıdakı prinsipləri rəhbər tutur:

- redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalmalıdır;

- məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim

edilməməlidir;

- faktların və hadisələrin təqdimatında birtərəflilik olmamalıdır;

- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;

- dövlət dilinin normalarına riayət edilməlidir;

- jurnalist materiallarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir;

- redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə,

ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz;

- vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır;

- redaksiya milli və ictimai maraqların qorunmasında maraqlı olmalı, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verməməlidir;

- dövlət rəmzlərinə hörmətlə yanaşılmalıdır;

- terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidir;

- sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmamalıdır;

- məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və

plüralizmə xələl gətirilməməlidir;

- materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır;

- jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir;

- faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir;

- zorakılıq, cinayət və s. bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir;

- əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və

mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə

olunmamalıdır;

- uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında”

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər əsas götürülməlidir;

- uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılmalıdır;

- mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı təfərrüatlar nümayiş etdirilməməlidir;

- zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyətləri indikatorları tətbiq edilməlidir;

- parapsixologiya, mövhumatçılıq və xürafatın təbliğinə yol verilməməlidir;

- intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, mövzuya xüsusi həssas yanaşılmalıdır;

- jurnalist cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalıdır.

Xəbər və şərh

- xəbər və şərh fərqləndirilməli, mənbəyi aydın təqdim olunmalıdır;

- jurnalist öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmamalıdır;

- redaksiya kənar müəllif materialı təqdim edərkən materialın sonunda “müəllifin

mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər” formasında qeyd verməlidir;

- jurnalist sitat gətirdiyi fikri təhrif etməməlidir;

- reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilməli və bunun reklam olduğu xüsusi qeyd edilməlidir;

- redaksiya tapşırığı qanunlara və peşə etikasına zidd olduqda, jurnalist həmin tapşırığın icrasından imtina edə bilər;

- redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın müəllifliyindən imtina edə bilər.

Xəbər mənbələri ilə iş

- şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir;

- mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır;

- redaktorlar müxbirlərlə yanaşı, gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumata sahib olmalıdırlar. Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai maraq kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər;

- faktoloji məlumatlar ən azı iki fərqli və bir-birindən asılı olmayan mənbələrdən

dəqiqləşdirilməlidir;

- gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər;

- mənbələrə qarşı ədalətli davranılmalı, açıqlamalar kontekstdən çıxarılmamalıdır.

Təkzib və düzəliş

Audiovizual və rəqəmsal platformalarda, çap mediasında redaksiyanın məhsulu kimi yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir. İstifadəçi səhvin necə və niyə düzəldildiyini başa düşə bilməlidir;

Səhv düzəldildikdən sonra izah məqsədilə “düzəliş” və ya “redaksiya qeydi” kimi

ifadələrdən istifadə olunmalıdır;

Düzəliş - Bir məqalə, foto, məlumat, sərlövhə, qrafik element, video və ya digər

materiallar əsaslı şəkildə düzəldilirsə, dəyişiklik izah edilməlidir;

Redaksiya qeydi - İctimai rəydə materialın peşəkarlıq standartlarına cavab vermədiyi iddiaları ortaya çıxarsa, “redaksiya qeydi” altında izahat verilməli, məsələyə aydınlıq gətirilməlidir;

Redaksiya dərc etdiyi və ya yayımladığı materialları silməməli, nəzərdən qaçırılmış və ya yenilənmiş məlumatlar olduğu halda, müvafiq əlavələr edərək onu dolğunlaşdırmalıdır;

Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunmalıdır.

Müəllif hüquqları

- plagiata və müəllif hüquqlarının pozulmasına yol verilməməlidir;

- digər media subyektinin materialından istifadə edərkən istinad edilməsi vacibdir;

- jurnalist materialında özünün gördükləri ilə digər mənbələrdən əldə etdiyi məlumatları aydın fərqləndirməlidir;

- jurnalist redaksiya üçün hazırladığı materialı işlədiyi kütləvi informasiya vasitəsinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz;

- Mübahisəli hallarda “Müəllif hüquqları” haqqında, həmçinin “Media haqqında” qanunun müəllif hüquqlarının qorunması ilə bağlı maddələrinə istinad olunmalıdır.

Sosial mediada jurnalistin davranışı

- jurnalist sosial mediadan istifadə zamanı peşəkar davranış nümayiş etdirməli, təmsil etdiyi media subyektinin nüfuzuna və mövqeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

- sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar media

qurumunda yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan

şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır;

- sosial şəbəkələrdən götürülmüş informasiyanın ictimai əhəmiyyətinə və müəllifin

statusuna diqqət yetirilməli, habelə məlumat əlavə mənbələrdən dəqiqləşdirilməlidir;

- jurnalist yayımlanmamış materialını təmsil etdiyi redaksiyanın icazəsi olmadan sosial şəbəkələrdə müzakirə predmetinə çevirməməlidir.

Peşə etikası

Ciddi jurnalistika media etikasından kənarda mövcud deyildir. Peşə etikasının

normaları özündə bunları ehtiva edir:

- jurnalist heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul etməməlidir;

- ictimaiyyətə açıq olmayan tədbirlərə dəvətlər qəbul edilməməlidir;

- başqasının əvəzinə material hazırlamamalıdır;

- redaksiyanın sirri kimi qorunan məlumatların verilməsi qadağandır;

- jurnalist üzərinə peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş heç bir öhdəlik götürməməlidir;

- redaksiyada yaradıcı kollektiv arasında, eləcə də rəhbər heyətlə işçilər arasında

münasibətlər sağlam, hüquq müstəvisində və şəffaf formalaşmalıdır;

- jurnalist peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır;

- redaksiyada çalışan əməkdaşlar redaksiyadan kənar davranışlarında və fəaliyyətlərində təmsil etdikləri media quruluşunun nüfuzunu qorumalıdır.


5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah