Çin London olimpiadasında liderliyi ələ keçirdi
29 iyul 2012 12:52
London olimpiadasında artıq 12 dəst medal öz sahibini tanıyıb. Azerisport.az xəbər verir ki, medal sıralamasında Çin artıq liderliyi ələ keçirib.
Bu ölkə artıq 6 medalı özü üçün təmin edib. Bunun 4-ü qızıl, 2-si bürüncdü.
Çinin ardında İtaliya (2-2-1), ABŞ (1-2-2), Braziliya və Cənubi Koreya (1-1-1), həmçinin Avstraliya, Qazaxıstan və Rusiya (1-0-0) gəlir.
Bütövlükdə, 19 ölkə idmançısı medal sevinci yaşayıb.