London Olimpiadasının ilk qızıl mükafatçısı (FOTO)
28 iyul 2012 18:57
London Yay Olimpiya Oyunlarının ilk medal dəsti sahiblərini tapıb. Azerisport.az xəbər verir ki, ilk qızıl medalın sahibi çinli atıcı Yi Silin olub.
O, qadınlar arasında pnevamtik tapançadan 10 metr məsafəyə atış yarışında ən yaxşı nəticə (502,9 xal) göstərib. Sonrakı yerləri, müvafiq olaraq, polşalı Silviya Boqatskaya (502,2) və digər çinli Yuy Dan (501,5) tutublar.