İspaniya olimpiadaya yenilgi, meydan sahibləri sülhə başladı
27 iyul 2012 03:24
London Yay Olimpiya Oyunlarında qadınların ardınca kişilər arasında da futbol yarışlarına start verilib. Azerisport.az xəbər verir ki, ötən gecə 4 qrupda 8 oyun baş tutub.
Braziliya millisi Misiri yenib. Braziliyalılar ilk yarıda 3 top fərqi ilə üstünlük yaxalasalar da, ikinci hissədə 2 qol buraxaraq minimal hesablı qələbəyə razılaşıblar – 3:2.
İlk sensassiyaya Yaponiya milli komandası imza atıb. “Gündoğar ölkə” yığması favoritlərdən olan İspaniyanı udub – 1:0.
Olimpiadaya ev sahibliyi edən Böyük Britaniya Seneqalla heç-heçə edib.
London-2012
Futbol
Qrup mərhələsi
1-ci tur
A qrupu
BƏƏ – Uruqvay - 1:2
Böyük Britaniya – Seneqal - 1:1
B qrupu
Meksika - Cənubi Koreya - 0:0
Qabon– İsveçrə - 1:1
C qrupu
Braziliya – Misir - 3:2
Belarus - Yeni Zellandiya - 1:0
D qrupu
Honduras – Mərakeş - 2:2
İspaniya – Yaponiya - 0:1