Böyük Britaniya olimpiadaya qələbə ilə başladı
26 iyul 2012 02:54
İngiltərənin paytaxtı Londonda təşkil olunacaq olimpiadanın qeyri-rəsmi açılışı baş tutub. Azerisport.az xəbər verir ki, futbol üzrə Böyük Britaniya və Yeni Zellandiyanın qadınlardan ibarət yığmaları arasında keçirilən oyunla turnirə start verilib.
E qrupunda baş tutan ilk matçın taleyini bir qol həll edib. 64-cü dəqiqədə vurulan qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0. Qrupun digər oyununda isə Kamerun və Braziliya yığmaları üz-üzə gəlib. Bu oyunda isə Cənubi Amerika təmsilçisi rəqibinə heç bir şans verməyib.
F qrupunda Yaponiya Kanadanı, İsveç CAR millisini məğlub edib. G qrupunda isə ABŞ Fransadan, Şimali Koreya Kolumbiyadan üstün olub.
Qeyd edək ki, London olimpiadasının təntənəli açılış mərasimi sabah axşam keçiriləcək.
25 iyul
E qrupu
Böyük Britaniya - Yeni Zellandiya - 1:0
Kamerun - Braziliya - 0:5
F qrupu
Yaponiya - Kanada - 2:1
İsveç - CAR - 4:1
G qrupu
ABŞ - Fransa - 4:2
Kolumbiya - Şimali Koreya - 0:2