Olimpiadanın təşkilatçıları Bakını Rusiya şəhəri kimi təqdim etdilər (FOTO)
26 iyul 2012 14:03
London olimpiadasının təşkilatçıları daha bir kobud səhvə yol veriblər. Azerisport.az xəbər verir ki, boks üzrə Rusiya yığmasının üzvü David Ayrapetyanın bioqrafiyasında o, Rusiyanın Bakı şəhərini təmsilçisi kimi təqdim olunub.
Qeyd edək ki, Ayrapetyan 1983-cü ildə Azərbaycan paytaxtında anadan olub. Görünür, təşkilatçıların Bakını Rusiya şəhəri kimi təqdim etməsinə də məhz bu səbəb olub. Lakin istənilən halda Bakının başqa ölkə şəhəri kimi təqdim olunması səssiz qarşılanmalı məqam deyil.