Olimpiya məşəli Londonda
21 iyul 2012 01:35
2012-ci il olimpiadasının məşəli artıq Londondadı. Azerisport.az xəbər verir ki, Britaniya paytaxtının 33 rayonunun hər birində Olimpiya məşəli start götürəcək.
Məşəl estafeti Qrinviç və Nyuhemdən, daha sonra Britaniya baş nazirinin Dauninq- Stritdəki iqamətgahının və Bukinhem sarayının yanından keçəcək. Az sonra məşəl Olimpiada zamanı tennis yarışlarının keçiriləcəyi Uimbldon stadionuna aparılacaq.
Olimpiya məşəlini ikimərtəbəli avtobusda və metroda da aparacaqlar. Mərasim iyulun 27-də, Olimpiadanın açılış günündə başa çatacaq.