Azərbaycan olimpiadaya 53-cü lisenziyasını qazandı
10 iyun 2012 02:25
Azərbaycan London yay olimpiya oyunlarına növbəti lisenziyasını qazanıb. Azerisport.az xəbər verir ki, bu dəfə Hayle İbrahimov fərqlənib.
O, Fransanın Lill şəhərində keçirilən qran-pridə 5000 metr məsafəyə 13 dəqiqə 19 saniyəyə qaçıb. Bu göstərici isə onun olimpiadaya lisenziya qazanması üçün yetərli olub.
Qeyd edək ki, bu, Azərbaycanın qarşıdakı olimpiadaya sayca 53-cü lisenziyasıdı. Hayle İbrahimovun təmsil etdiyi “Ümid” klubu isə artıq dördüncü təmsilçisinin belə uğuruna sevinir.