Azərbaycan London olimpiadasına 51-ci lisenziyasını qazandı
9 may 2012 13:23
Azərbaycan London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, bu uğura cüdo üzrə yığmamızın üzvü Rüstəm Orucov imza atıb.
73 kq çəki dərəcəsində yarışan idmançımız cüdo yarışlarında lisenziya sayını artırmağa nail olub. Belə ki, o, cüdoçularımız arasında 8-ci belə uğura imza atan idmançıdı.
Qeyd edək ki, bu, bütövlükdə ölkəmizin Londona 51-ci lisenziyasıdı.