Akrobatlarımız Portuqaliyada 3-cü oldu
9 mart 2016 11:20
Mart ayının ilk istirahət günlərində Portuqaliyanın Maya şəhəri ənənəvi olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edib. Azerisport.az xəbər verir ki, yarışlarda Azəbaycanı Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edib.
Finalda üçlük 27.160 xal oplayaraq 3-cü yerə layiq görülüb. Brinci yeri Portuqaliya, ikinci yeri isə Boyük Britaniya akrobatları qazanıb.