Marina Durunda dünya kubokunda 7-ci oldu
11 iyul 2016 15:00
8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Azerisport.az xəbər verir ki, gimnastlar Marina Durunda və Jalə Piriyeva Azərbaycanı bu yarışlarda təmsil ediblər.
36 gimnast arasında keçirilən çoxnövçülük yarışlarında Marina 7-ci, Jalə isə 19-cu yerdə qərarlaşıb.
Ayrı-ayrı alətlər üzrə finallarda çıxış edən Marina lentlə 6-cı, gürzlərlə 7-ci, halqa və topla hərəkətlərdə 8-ci yerləri tutub.